arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
403
.
35
.
Fatir
(Yaradan) surəsi
(Məkkədə nazil olmuşdur, 45 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri
(peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar.
Həqiqətən, Allah hər şeyə qadirdir!
2. Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi ne’mətə, ruziyə) heç kəs mane ola
bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O,
yenilməz qüvvət sahibi, hikmət sahibidir!
3. Ey insanlar! Allahın sizə olan ne’mətini yada salın. Allahdan başqa sizə göylərdən və
yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə
(aldanıb haqdan) döndərilirsiniz?
4. Əgər (bu müşriklər) səni təkzib etsələr (heç ürəyini sıxma). Səndən əvvəl də
peyğəmbərlər təkzib olunmuşdu. Bütün işlər (axırda) ancaq Allaha qayıdacaqdır
(qaytarılacaqdır)! (Təkzib edənlərə cəza veriləcək, təkzib olunanlara isə yardım
göstəriləcəkdir!)
5. Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) və’di haqdır. Dünya həyatı
sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!
6. Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə
uyanları cəhənnəm əhli olmağa çağırır.
Bizim email:
Dostları ilə paylaş: |