Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə391/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   387   388   389   390   391   392   393   394   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

403 



 

 

 



 

.

35

.  

Fatir

  

(Yaradan) surəsi  

(Məkkədə nazil olmuşdur, 45 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri 

(peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. 

Həqiqətən, Allah hər şeyə qadirdir!  

2. Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi ne’mətə, ruziyə) heç kəs mane ola 

bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, 

yenilməz qüvvət sahibi, hikmət sahibidir!  

3. Ey insanlar! Allahın sizə olan ne’mətini yada salın. Allahdan başqa sizə göylərdən və 

yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə 

(aldanıb haqdan) döndərilirsiniz?  

4. Əgər (bu müşriklər) səni təkzib etsələr (heç ürəyini sıxma). Səndən əvvəl də 

peyğəmbərlər təkzib olunmuşdu. Bütün işlər (axırda) ancaq Allaha qayıdacaqdır 

(qaytarılacaqdır)! (Təkzib edənlərə cəza veriləcək, təkzib olunanlara isə yardım 

göstəriləcəkdir!)  

5. Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) və’di haqdır. Dünya həyatı 

sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!  

6. Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə 

uyanları cəhənnəm əhli olmağa çağırır.  



Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin