Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə392/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   388   389   390   391   392   393   394   395   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

404 



7. Kafir olanları şiddətli əzab, iman gətirib yaxşı işlər görənləri isə bağışlanma və böyük 

bir mükafat (Cənnət) gözləyir!  

8. Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru 

yola yönəltdiyi kimsəyə bənzəyirmi?!) Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini 

də doğru yola salar. (Ya Peyğəmbər!) Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan 

azmalarına) görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini 

biləndir!  

9. Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz (o buludları) quru (ölü) 

bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Ölüləri) 

diriltmək də belədir!  

10. Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə 

də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və 

ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona 

tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü 

eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. 

Onların qurduqları hiylələr boşa çıxar.  

11. Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və 

qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-

həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud 

başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. 

Həqiqətən, bu, Allah üçün çox asandır.  

12. İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat 

keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) 

yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən 

(ne’mətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada 

(suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür 

edəsiniz.  

13. (Allah) gecəni gündüzə, güzdüzü də gecəyə qatar. O, günəşi və ayı ram (öz əmrinə, 

sizin mənafeyinizə tabe) etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində) 

müəyyən müddətədək (qiyamət gününə qədər) dövr (hərəkət) edər. Bu sizin Rəbbiniz 

olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək 

qabığına belə sahib deyillər.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin