Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
407
36. Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki,
ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə
cəzalandırırıq!
37. Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh
əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!" (Onlara belə deyəcəyik: ) "Məgər
orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi
(düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri
Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)!
Zalımların imdadına çatan olmaz!"
38. Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. O,
ürəklərdə olanları da biləndir!
39. Sizi yer üzünün varisləri edən (bir-birinizin yerinə gətirən) Odur. Küfr edənin küfrü
öz əleyhinə olar (zərərini özü çəkər). Kafirlərin küfrü Rəbbi yanında onlara qəzəbdən
başqa bir şey artırmaz. Kafirlərin küfrü (axirətdə) onların ancaq ziyanını artırar!
40. (Ya Rəsulum! Məkkə müşriklərinə) de: "Mənə bir göstərin (deyin) görüm, Allahdan
başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və yerə bənzər şeylərdən) nəyi
yaradıblar? Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var? Yaxud onlara (ilahi) bir
kitab vermişik və (Allaha şərik qoşmaq barəsində) oradakı bir dəlilə istinad edirlər?!
Xeyr, o zalımlar (bütlərin onlar üçün şəfaət edəcəyi haqda) bir-birinə ancaq yalan və’d
verirlər.
41. Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar)
deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub
saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Bəndələrinə cəza
verməkdə tələsməz, tövbə edənləri əfv edər).
42. (Məkkə müşrikləri) özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gələcəyi
təqdirdə (yəhudi, xaçpərəst və başqaları kimi) hər hansı ümmətdən daha artıq doğru
yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir
peyğəmbər (Muhəmməd əleyhissəlam) gəldikdə bu ancaq onların nifrətini artırdı (haqq
yoldan daha da uzaqlaşdılar).
43. (Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə
sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz
sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən)
əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da
|