Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə397/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   393   394   395   396   397   398   399   400   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

409 



 

 

 



 

 

.



36

.  


Yasin surəsi

  

(Məkkədə nazil olmuşdur, 83 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ya, Sin!  

2. (Ya Rəsulum!) Hikmətlə dolu Qur’ana and olsun ki,  

3. Sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) 

peyğəmbərlərdənsən!  

4. Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid 

dini olan islam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər).  

5. Bu Qur’an (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan 

(Allah) tərəfindən nazil edilmişdir ki,  

6. (Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın 

hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!  

7. And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab 

hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz 

onların iman gətirməyəcəklərini Öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit 

etmişik).  

8. Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. (O həlqələr) onların lap 

çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. 




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   393   394   395   396   397   398   399   400   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin