arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
418
10. Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri)
çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər
şeyi dəlib keçən bir mə’şəl) tə’qib edər.
11. İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim
(başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa)
yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir
palçıqdan yaratdıq.
12. Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə
inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər.
13. Onlara (Qur’anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət
almazlar.
14. Bir mö’cüzə gördükdə isə ona istehza edərlər.
15. Və belə deyərlər: "Bu ancaq açıq-aşkar bir sehrdir.
16. Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!
17. Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!"
18. (Ya Peyğəmbər!) De: "Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).
19. O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar
dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.
20. Və deyəcəklər: "Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!"
21. (Mələklər isə onlara belə deyəcəklər): "Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə
batili, mö’minlə kafiri) ayırd etmə günüdür!"
22. (Allah mələklərə belə buyuracaqdır: ) "Yığın bir yerə zülm (küfr) edənləri, onların
həmtaylarını və ibadət etdiklərini -
23. Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!
24. Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!"
25. (Mələklər istehza ilə onlara deyəcəklər: ) "Sizə nə olub ki, (bu gün dünyadakı kimi)
bir-birinizə kömək edə bilmirsiniz?"
|