Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə408/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   404   405   406   407   408   409   410   411   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

421 



61. Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar!  

62. (Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa 

(Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı?  

63. Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir 

bəla (dərd) etdik.  

64. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar.  

65. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir).  

66. Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.  

67. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır.  

68. Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!  

69. Çünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər.  

70. Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər.  

71. Həqiqətən, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərin (keçmiş ümmətlərin) 

əksəriyyəti (haqq yoldan) azmışdı.  

72. And olsun ki, Biz onlara (Allahın əzabı ilə) qorxudan peyğəmbərlər göndərmişdik.  

73. (Ya Rəsulum!) Bir gör o qorxudulanların (lakin düz yola gəlməyənlərin) axırı necə 

oldu!  

74. Yalnız Allahın sadiq bəndələrindən başqa! (Onlara heç bir əzab verilmədi).  

75. Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası 

necə də gözəl qəbul olunmuşdu!  

76. Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq.  

77. Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik.  

78. Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.  

79. (Onu belə yad edirlər: ) "Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!"  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin