Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə416/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   412   413   414   415   416   417   418   419   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

429 



9. Yoxsa (ya Peyğəmbər!) Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət 

xəzinələri onlara məxsusdur?!  

10. Yaxud göylərin, yerin və onların arasında olan hər şeyin ixtiyarı onların əlindədir?! 

Elə isə qoy iplərdən yapışıb (göyə) qalxsınlar! (Kainatın hökmünü öz əllərinə alıb onu 

idarə etsinlər. İstədiklərinə peyğəmbərlik verib ona vəhy göndərsinlər!)  

11. Onlar (müşriklər) burada (yaxın zamanlarda baş verəcək Bədr vuruşunda, yaxud 

Məkkənin fəthində) müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar.  

12. Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət (möhtəşəm binalar və ya 

hündür qayalar, dar ağacları) sahibi Fir’an da (peyğəmbərləri) təkzib etmişdi.  

13. Eləcə də Səmud, Lut qövmü, Əykə əhli (Şüeyb tayfası) - bu firqələrin  

14. Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım (onlara) vacib 

oldu.  


15. Bunlar (Məkkə müşrikləri) yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin suru bircə 

dəfə üfürməsinə) bənddirlər. (Surun çalınması vaxtı gəlib çatdıqda isə) o, bir an belə 

gecikməz!  

16. Onlar (istehza ilə): "Ey Rəbbimiz! Tez ol, bizim payımızı (əməl dəftərimizi, yaxud 

xeyirdən, şərdən payımıza nə düşəcəksə) haqq-hesab (qiyamət) günü gəlməmişdən 

əvvəl ver!" - dedilər.  

17. (Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına 

sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm 

səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar, 

dünya malına, naz-ne’mətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi).  

18. Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis 

edib şə’ninə tə’riflər deyərdilər.  

19. Biz quşları da toplu halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə 

idi.  


20. Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və 

(haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox 

müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı).  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   412   413   414   415   416   417   418   419   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin