Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
432
40. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi
yer də gözəl olacaqdır (yaxud onun üçün dünyada çoxlu ne’mət, axirətdə isə gözəl
sığınacaq - Cənnət vardır).
41. (Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə
belə demişdi: "Şeytan mənə bəla və əzab toxundurmuşdur!"
42. (Ona belə buyurduq: ) "Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və
içiləcək sərin (sudur)!" (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri
getdi).
43. Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və
üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq.
44. (Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec
gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and
içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəsasının
yüngülləşdirilməsi üçün ona belə buyurduq: ) "Əlinə (yüz yaş və ya quru çubuqdan
ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə)
səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.
45. (Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və
Yə’qubu da yad et!
46. Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-
ne’mətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər,
dünyalarından daha çox axirətləri haqında düşünərdilər).
47. Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!
48. (Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsə’i və Zül-Kifli də xatırla! Onların
hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!
49. Bu, (onları tə’riflə, minnətdarlıqla) yada salmaqdır (yaxud bu Qur’an sənin özün və
ümmətin üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl
bir qayıdış yeri (Cənnət) gözləyir!
50. Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri!
51. Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri)
istəyəcəklər.
|