Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə417/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   413   414   415   416   417   418   419   420   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

430 



21. (Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib 

çatdımı? O zaman onlar (Davuda məxsus) mə’bədə (ibadət vaxtı ora daxil olmaq 

qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər.  

22. Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə’bədə qapıdan deyil, divardan 

aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: "Qorxma, biz bir-birimizə haqsızlıq 

etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini 

saxlama) və bizə doğru yolu göstər!"  

23. (Onlardan biri dedi: ) "Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi 

qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi, 

mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: "Onu mənə ver! (Məni ona sahib et!)" 

- dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi".  

24. (Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: "O 

sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm 

etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib 

yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!" (İddiaçılar bir-birinə 

baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) 

Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını 

dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.  

25. Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını və ya belə bir 

səhv zənnə düşməsini) ona bağışladıq. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın 

olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onu dünyada çoxlu 

ne’mət, axirətdə isə gözəl sığınacaq - Cənnət gözləyir).  

26. Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. 

Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa 

onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab 

gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!  

27. Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna 

yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!  

28. Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni 

tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay 

edəcəyik?!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   413   414   415   416   417   418   419   420   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin