Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə407/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   403   404   405   406   407   408   409   410   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

420 



44. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.  

45. Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi 

axan) məin (şərab) dolu piyalələr dolandırılacaqdır.  

46. Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin).  

47. Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran (başağrısı, 

süstlük verən) heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar.  

48. Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr 

olacaqdır.  

49. Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, 

ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər).  

50. Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə) 

başlayacaqlar.  

51. Onlardan biri belə deyəcək: "Mənim bir yoldaşım var idi.  

52. O deyirdi: "Sən, doğrudan da, inanmırsan ki,  

53. Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual 

olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?"  

54. (Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: "Siz (indi onun nə halda 

olduğunu) bilirsinizmi?" (Onlar: "Xeyr", - deyə cavab verəcəklər).  

55. O özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək  

56. Və (ona üz tutub) deyəcəkdir: "Allaha and olsun ki, sən az qala məni (yoldan 

çıxardıb) məhv edəcəkdin!  

57. Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım!  

58. Biz artıq ölməyəcəyik, elə deyilmi?  

59. (Dünyadakı) ilk ölümümüz istisna olmaqla! Biz, əzad da görməyəcəyik!"  

60. Həqiqətən, bu, böyük qurtuluşdur (uğurdur)!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   403   404   405   406   407   408   409   410   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin