Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
414
57. Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır.
58. Rəhmli Rəbbdən (onlara) "salam" deyiləcəkdir.
59. (Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək: ) "Ey günahkarlar! Bu gün
(mö’minlərdən) ayrılın!"
60. Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o
sizin açıq-aşkar düşməninizdir,
61. Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
62. Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?
63. Bu sizə və’d olunan Cəhənnəmdir!
64. Kafir olduğunuza görə bu gün girin ora, yanın!
65. Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik - dediklərinə görə) onların
ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların
əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.
66. Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən də
məhrum edərdik) və onda onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışardılar (və
ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar). Amma
(belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları dünyada belə bir
korluğa mübtəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis
yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər).
67. Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə
irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna, donuza, daşa
döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər).
68. Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə
salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini
unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra
Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?
69. Biz ona (Muhəmməd əleyhissəlama) şe’r öyrətmədik və bu ona heç yaraşmaz da
(lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən)
açıq-aşkar Qur’andır ki,
|