Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
411
yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri
olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq
bir şiddətli əzab toxunacaqdır".
19. (Elçilər) dedilər: "Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz
küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa,
nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!"
20. Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq
gəlib dedi: "Ey qövmüm! Elçilərə tabe olun!
21. Sizdən (haqqa də’vət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də
doğru yolda olan kəslərin ardınca gedin!
22. (Antakiyalılar Həbib Həccardan: - Sən bu elçilərə tabe olmusanmı? - deyə
soruşduqda o dedi: ) "Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də
(qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!
23. Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər
yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın
əzabından) xilas edə bilməzlər.
24. Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram.
25. (Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman
gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)"
26. (Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona
(şəhid olduğu üçün Allah dərgahından): "Cənnətə daxil ol! - deyildi. (Həbib Həccar
Cənnətə daxil olub oradakı ne’mətləri, hörmət-izzəti gördükdən sonra) dedi: "Kaş
qövmüm biləydi ki,
27. Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!"
28. Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun
göndərmədik və heç göndərən də deyildik.
29. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu.
Dərhal məhv olub (şam kimi sönüb) getdilər.
|