Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
401
43. Ayələrimiz onlara (müşriklərə) açıq-aşkar olaraq oxunduğu zaman: "Bu ancaq sizi
atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır!" deyər,
(Qur’an haqında isə: ) "Bu, uydurma yalandan başqa bir şey deyildir!" söyləyərlər. Kafir
olanlara haqq (Qur’an) gəldikdə onun barəsində: "Bu yalnız açıq-aşkar bir sehrdir!" -
deyərlər.
44. Halbuki (Ya Rəsulum!) Biz onlara oxuyacaqları bir kitab verməmiş və səndən əvvəl
də özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərməmişdik.
45. Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib
etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün)
onda birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar.
(Ya Rəsulum! Bir görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri
inkar etdikləri üçün Mən də o kafirləri inkar edib onlara olan ne’mətimi nifrətlə əvəz
etdim, hamısını məhv edib yer üzünü onlardan büsbütün təmizlədim. Bu, Məkkə
müşriklərinə bir ibrət dərsi olmalıdır!)
46. (Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah
xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin),
sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin yoldaşınızda (Muhəmməd
əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla
(düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!"
47. De: "Mən (bunun müqabilində) sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin
olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!"
48. De: "Rəbbim haqqı (vəhyi və risaləti Öz peyğəmbərlərinə) nazil edər. O, qeybi ən
yaxşı biləndir!"
49. De: "Haqq (islam dini) gəldi. Batil (küfr, şirk) bir də nə gözə görünər (nə ortaya bir
şey çıxarar), nə də geri qayıdar!" (Haqq gələn kimi batil bilmərrə yox oldu, çünki o
özlüyündə puçdur!)
50. De: "Əgər mən (haqq yoldan) azsam, bunun zərəri (günahı) ancaq mənə olar. Yox,
əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi (Qur’an) sayəsindədir.
Həqiqətən, O (kimin nə dediyini) eşidəndir, (dua edən bəndələrinə) yaxındır.
51. (Ya Peyğəmbər!) Sən onları (müşrikləri) bir qorxduqları zaman görəydin! (Nə qəribə
mənzərə!) Artıq qaçıb can qurtarmağa heç bir imkan yox, özləri də (Cəhənnəmə) yaxın
bir yerdə (qəbir evində, yaxud Bədr vuruşunda) yaxalanmışlar.
|