Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
398
bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində
qalmazdılar.
15. Səba (tayfasının) yurdunda (qüdrətimizə dəlalət edən) bir nişanə var idi. (Orada)
sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə
buyurulmuşdu: ) "Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl
bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!"
16. Lakin onlar (itaətimizdən) üz döndərdilər, Biz də üstlərinə Ərim (bəndinin) selini
göndərdik. (Bunun nəticəsində yurdlarını su basdı). Onların iki (gözəl) bağçasını
(tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya
çevirdik.
17. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına
cəzamı verərik?
18. Onların (Səba əhlinin) yurdu ilə bərəkət verdiyimiz məmləkətlət (Şam və Urdun)
arasında bir-birinə bitişik (abad) qəsəbələr inşa etmiş, orada gediş-gəliş yaratmışdıq
(belə ki, səfər zamanı yolçular o qəsəbələrin birində istirahət edir, axşam isə digərində
yatıb dincəlirdilər). (Onlara belə demişdik: ) "Gecələri-gündüzləri (istədiyiniz vaxt)
orada arxayın gəzib-dolanın!"
19. Lakin onlar: "Ey Rəbbimiz! Səfərlərimizin arasını (məsafəni) uzaq et!" - dedilər və
öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. (Onlardan
Qəssan qəbiləsi Şama, Əzd qəbiləsi Omana, Xüzaə qəbiləsi Təhaməyə, Hüzeymə
qəbiləsi İraqa, Övs və Xəzrəc qəbilələri isə Mədinəyə köçdü. Onlar barəsində "Səba əhli
kimi pərən-pərən düşdülər" məsələsi çəkilməyə başlandı). Həqiqətən, bunda
(çətinliklərə) səbir, (ne’mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!
20. İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mö’min istisna
olmaqla, hamısı ona uydu.
21. Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla
ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi
hifz edəndir! (Mö’minlərin və kafirlərin əməllərini mühafizə edər, qiyamət günü hərəyə
öz əməlinin cəzasını verər).
22. (Ya Peyğəmbər! Müşriklərə) de: "Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə)
çağırın". Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların
bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi
var!
|