Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə384/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   380   381   382   383   384   385   386   387   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

396 



 

 

 



 

.

34

.  

Səbə’  


( Səba ) surəsi

  

(Məkkədə nazil olmuşdur, 54 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də 

həmd Ona məxsusdur. O, hikmət sahibidir, (bəndələrinin bütün əməllərindən) 

xəbərdardır!  

2. Yerə daxil olanı da, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da O bilir. 

(Allahdan heç nə gizli qalmaz). O, rəhm edəndir, bağışlayandır!  

3. (Ayələrimizi) inkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. (Ya Peyğəmbər! 

Sən onlara) de: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə 

göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud 

böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!"  

4. (Bütün bunlar ona görədir ki, Allah) iman gətirib yaxşı işlər görənləri 

mükafatlandırsın. Məhz onları bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi 

gözləyir!  

5. Ayələrimizi batil (aciz) etmək (Bizi aciz buraxmaq) üçün cəhd göstərənlər isə şiddətli, 

iyrənc bir əzaba düçar olacaqlar.  

6. (Kitab əhlindən Abdullah ibn Salam kimi) elm verilmiş kimsələr Rəbbindən sənə 

nazil edilənin (Qur’anın) haqq olduğunu və onun (mö’minlərə) yenilməz qüvvət sahibi, 

(hər cür) şükrə (tə’rifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər.  



Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   380   381   382   383   384   385   386   387   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin