Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
394
aşkar və gizli əməlləriniz, hətta ürəyinizdən keçən ani fikir və duyğular belə Allaha
mə’lumdur!)
55. Onlara (Peyğəmbərin və mö’minlərin övrətlərinə) ataları, oğulları, qardaşları,
qardaşlarının oğulları, bacılarının oğulları, öz (müsəlman) qadınları, sahib olduqları
kölə və cariyələr barədə (onlara görünmək, onlarla söhbət etmək xüsusunda) heç bir
günah yoxdur. (Siz ey qadınlar!) Allahdan qorxun! (Onun sizə buyurduqlarına əməl
edin!) Şübhəsiz ki, Allah hər şeyə şahiddir!
56. Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua
verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib)
layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu
əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)
57. Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lə’nət eləmiş
(Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır!
58. Mö’min kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər,
şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!
59. Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən
çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini
örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və
onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!
60. Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və
Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz
ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu
ola bilərlər.
61. (Onlar) məl’unlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq
tutulub öldürülərlər.
62. Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu
belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!
63. Camaat (Məkkə əhli) səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Ya
Peyğəmbər!) De: "Onu ancaq Allah bilər!" Nə bilirsən, bəlkə də, o saat (qiyamət)
yaxındır).
64. Şübhəsiz ki, Allah kafirlərə lə’nət eləmiş və onlar üçün yanar od hazırlamışdır.
|