Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə378/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   374   375   376   377   378   379   380   381   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

390 



22. Mö’minlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: "Bu, Allahın və 

Peyğəmbərinin bizə olan (zəfər) və’didir. (Biz bununla imtahana çəkilirik. Əgər bu 

imtahandan yaxşı çıxsaq, zəfər çalacağıq, çünki Allah və Peyğəmbəri həqiqi mö’minlərə 

kafirlər üzərində qalib olmağı və’d etmişlər). Allah və Peyğəmbəri düz buyurmuşlar!" 

Bu (vəziyyət) onların yalnız (Allaha) imanını və itaətini artırdı.  

23. Mö’minlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. 

Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar 

(verdikləri sözü) əsla dəyişməzlər ki,  

24. Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də 

istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah 

(bəndələrini) bağışlayandır, rəhm edəndir!  

25. Allah kafirləri qəzəbli olduqları (məqsədlərinə çatmadıqları) halda geri oturtdu. 

Onlar heç bir xeyir (qənimət) əldə edə bilmədilər. Döyüşdə (zəfər çalmağa) Allah 

mö’minlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!  

26. Allah kitab əhlindən onlara (kafirlərə) kömək edənlərin ürəklərinə qorxu salıb onları 

öz qalalarından endirdi. Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız.  

27. (Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən 

bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir!  

28. Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: "Əgər siz 

dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və 

(sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım!  

29. Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah 

içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. 

(Peyğəmbər əleyhissəlamın xanımları dünya ne’mətlərindən vaz keçib axirət yurdunu 

daha üstün tutdular).  

30. Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş 

görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!  

31. Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını 

ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün 

(Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin