Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə374/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   370   371   372   373   374   375   376   377   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

385 



18. Məgər mö’min kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar 

eyni ola bilməzlər!  

19. İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları 

(sakin olacaqları) Mə’va cənnətləri gözləyir. (Onlar orada Allahın əbədi qonaqları 

olacaqlar).  

20. Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan 

çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: "Dadın yalan hesab etdiyiniz 

cəhənnəm odunun əzabını!" - deyiləcəkdir.  

21. Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından 

daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!  

22. Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən 

daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!  

23. Biz Musaya kitab (Tövrat) vermişdik. (Ya Rəsulum!) Sən onunla (Musa ilə) 

görüşəcəyinə şübhə etmə. (Peyğəmbər əleyhissəlam me’rac gecəsi Musa ilə görüşüb 

danışmışdı). Biz onu (Tövratı, yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən bir 

rəhbər etmişdik.  

24. (Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan 

(İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər tə’yin etmişdik.  

25. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin onların (mö’minlərlə kafirlərin) arasında 

qiyamət günü ixtilafda olduqları (dini) məsələlər barədə hökm verəcəkdir!  

26. Məgər onlar indi yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə 

nəsilləri (peyğəmbərlərini yalançı saydıqlarından ötrü) məhv etdiyimizi görmürlərmi? 

Həqiqətən, bunda (Məkkə müşrikləri üçün) ibrətlər vardır. Məgər (haqqa) qulaq 

asmayacaqlar?  

27. Məgər görmürlərmi ki, Biz quru yerə su göndərib onunla heyvanlarının və özlərinin 

yedikləri əkinlər (bitkilər, meyvələr) yetişdiririk? Məgər (bütün bunları öz gözləri ilə) 

görmürlər?  

28. Onlar: "Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu fəth (Məkkənin 

fəthi, Bədr vuruşu, yaxud qiyamət günü) nə vaxt olacaqdır? - deyə soruşarlar.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin