Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
382
27. Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq
(mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah
yenilməz qüdrət, hikmət sahibidir!
28. (Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (qiyamət günü) diriltmək (Allah üçün)
ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir,
görəndir!
29. (Ya Rəsulum!) Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını (gah
gündüzü, gah da gecəni uzatdığını), günəşi və ayı ram (sizin mənafeyinizə tabe)
etdiyini görmürsənmi? Onların hər biri (öz hədəqəsində, dairəsində) müəyyən
müddətədək (qiyamət gününə qədər) dövr edər. Həqiqətən, Allah nə etdiklərinizdən
xəbərdardır!
30. Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət
etdikləri isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!
31. (Ya Rəsulum!) Sizə öz qüdrət əlamətlərindən bə’zisini göstərsin deyə, gəmilərin
dənizdə Allahın lütfü ilə üzdüyünü görmürsənmi? Həqiqətən, bunda (əziyyətlərə) səbr,
(Allahın ne’mətlərinə) çox şükür edən hər kəs üçün ibrətlər vardır!
32. (Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar
bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər.
Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bə’ziləri (küfrlə iman
arasında) orta mövqe tutar. (Bə’ziləri isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız
çox xain, nankor olanlar danarlar!
33. Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara
gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın və’di, şübhəsiz ki, haqdır. (Qiyamət
günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi
Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq,
günahlarından keçəcək deyə) tovlamasın!
34. Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt)
göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya
sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs
səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini
bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!
|