arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
380
8. İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir.
9. Onlar orada əbədi qalacaqlar. Allahın (mö’minlərə verdiyi cənnət) və’di haqdır. O,
yenilməz qüvvət, hikmət sahibidir!
10. Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir
dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm
durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz
göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr)
yetişdirdik.
11. Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının
nə yaratdığını göstərin. Xeyr, zalımlar (müşriklər) açıq-aşkar əyri yoldadırlar (haqq
yoldan azmışlar).
12. Həqiqətən, Loğmana: "Allaha şükür et!" (deyə) hikmət verdik. Kim (Allahın
ne’mətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun
şükürünə möhtac deyildir, (özlüyündə) şükürə (tə’rifə) layiqdir! (Onun bütün işləri
bəyəniləndir!)
13. (Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə
demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük
zülmdür! (Ağır günahdır!)"
14. Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl
davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın
süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana
şükür et. Axır dönüş Mənədir!
15. Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu
işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et).
Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət
günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir)
sizə xəbər verəcəyəm!"
16. (Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum, (dünyada gördüyün hər
hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın)
içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya
gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri
biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!
|