arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
388
6. Peyğəmbər mö’minlərə onların özlərindən daha yaxındır. (Mö’minlər peyğəmbəri
özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun
övrətləri (mö’minlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə
vərəsə olmaq baxımından) Allahın Kitabında mö’minlərdən və mühacirlərdən daha
yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs
qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk
dövrlərində sizə qardaş olanların, birlikdə Mədinəyə hicrət edənlərin bir-birinə vərəsə
olmaq ixtiyarı var idi. Sonralar bu hökm ləğv edilib varislər məsələsində üstünlük
qohumlara verildi. Qohum olmayan mö’minlərin bir-birinə vərəsə olması isə yalnız
vəsiyyət yolu ilə mümkün hesab edildi).
7. (Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də,
Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan
möhkəm bir əhd almışdıq ki,
8. (Allah bununla) doğru danışanlardan (peyğəmbərlərdən) doğruluqlarını (risaləti
təbliğ edib-etmədiklərini, ümmətlərinin onlara iman gətirib-gətirmədiklərini) xəbər
alsın və kafirlərdən ötrü şiddətli bir əzab hazırlasın!
9. Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətəfan və
yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi
zaman Allahın sizə olan ne’mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin
görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə
etdiyinizi görürdü.
10. O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt
tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza
gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Mö’minlər Allahın Öz
və’dinə doğru olduğuna inanır, münafiqlər isə e’tiqadı zəif olanlar isə Muhəmməd
əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər).
11. Məhz onda (Xəndək vuruşunda) mö’minlər imtahana çəkilmiş (kimin həqiqi
mö’min, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar.
12. O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: "Allah və Onun
peyğəmbəri bizə yalan və’d etmişdir. (Biz zəfər çala bilməyəcəyik)" - deyirdilər.
13. O zaman onlardan bir tayfa: "Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq
bir yer yoxdur, (evinizə) qayıdın!" - demişdi. Başqa bir dəstə isə: "Evlərimiz açıqdır
(kimsəsizdir, oğru girməsindən qorxuruq)" - deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən
|