Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
392
38. Allahın Peyğəmbərə vacib (halal) buyurduğu bir şeydə (Zeynəblə evlənməkdə) ona
heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş (Davud, Süleyman və başqaları kimi)
peyğəmbərlər barəsində də Allahın qayda-qanunu (sünnəsi) belədir. Allahın əmri əzəli
hökmdür! (O, mütləq yerinə yetməlidir!)
39. O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti
tərk etməkdə) Ondan çəkinər və Allahdan baçqa heç kəsdən qorxmazlar. Allah özü
haqq-hesab çəkməyə kifayətdir.
40. Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin
öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin
sonuncusudur. Allah hər şeyi biləndir!
41. Ey iman gətirənlər! Allahı çox zikr edin!
42. Onu səhər-axşam təqdis edib şə’ninə tə’riflər deyin! (Sübh, günorta, ikindi, axşam və
gecə namazlarını qılın!)
43. Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən
Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah mö’minlərə
rəhm edəndir!
44. (Mö’minlərin) Ona qovuşacaqlarını gün (Cənnətdə bir-birinə) xeyir-duaları (və ya
Allahın onlara verəcəyi xeyir-dua) "salam"dır! (Allah) onlar üçün çox qiymətli
(tükənməz, gözəl) mükafat hazırlamışdır.
45. Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir
qorxudan kimi göndərdik!
46. (Biz səni) Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!
47. Mö’minlərə Allah tərəfindən böyük bir mükafat (Cənnət) bəxş ediləcəyi ilə müjdə
ver!
48. Kafirlərə və münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət
vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər.
49. Ey iman gətirənlər! Əgər mö’min qadınlarla evlənib onlara toxunmadan əvvəl
talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur.
(Onları evlərinizdə saxlayıb gözləmə müddətini başa vurmağa məcbur etməyin.
Aranızda yaxınlıq olmadığı üçün nə vaxt istəsələr, o vaxt da başqasına ərə gedə
|