Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
395
65. Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa
biləcəklər.
66. Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş
Allaha müt’i olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər.
67. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa
bizi haqq yoldan azdırdılar.
68. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver, onları böyük bir lə’nətə (əzaba) düçar elə!"
69. Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah (Musanı)
onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli
(qədir-qiymətli) idi.
70. Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!
71. (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər
kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.
72. Biz əmanəti (Allaha itaət və ibadəti, şər’i hökmləri yerinə yetirməyi) göylərə, yerə və
dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub
çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır
əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır
nəticəsini bilmədi).
73. Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın,
mö’min kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı
ilə Adəm övladına tapşırdı). Allah (mö’minləri) bağışlayandır, rəhm edəndir!
|