Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
405
14. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr
də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də
qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət
etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah)
kimi xəbər verə bilməz!
15. Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin
ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə’rifə) layiqdir! (Onun bütün işləri
bəyəniləndir!)
16. Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər.
17. Bu, Allah üçün çətin deyildir!
18. Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə
yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın
qohumu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən
(Onun əzabını) görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları
qorxudub xəbərdar edirsən. Her kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün
təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!
19. Kor ilə görən eyni olaz.
20. Zülmətlə nur da (eyni deyildir)!
21. Kölgə (sərin) ilə isti (eyni olmaz).
22. Dirilərlə ölülər də eyni deyillər! (Bütün bunlar kimi kafirlə mö’min, küfrlə iman,
Cəhənnəmlə Cənnət, batillə haqq da eyni olmazlar!) Şübhəsiz ki, Allah dilədiyinə
(ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən
deyilsən!
23. Sən ancaq (müşrikləri, kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən!
24. Doğrudan da, Biz səni haqla (Qur’anla) müjdə verən və qorxudan bir peyğəmbər
olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə)
qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!
25. Əgər onlar (Məkkə müşrikləri) səni yalançı saysalar (heç ürəyini qısma). Onlardan
əvvəlkilər də (öz peyğəmbərlərini) yalançı hesab etmişdilər. Halbuki peyğəmbərləri
onlara açıq-aşkar mö’cüzələr, səhifələr və (Tövrat, İncil kimi) nurani kitab gətirmişdilər.
|