Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
391
32. Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların
heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan
qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə)
danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə
təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi,
yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)
33. Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-
bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz
qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi
(günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!
34. Allahın evlərinizdə oxunan ayələrini (Qur’anı) və hikməti (Peyğəmbərin qoyduğu
qayda-qanunu) xatırlayın. Allah (mö’minlərə) lütfkardır, (bəndələrinin bütün
əməllərindən) xəbərdardır!"
35. Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö’min kişilər və qadınlar,
(Allaha) müt’i kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və
qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən,
oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər
və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət
(bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!
36. Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö’min kişiyə və qadına öz
işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha
və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!
37. (Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) ne’mət
verdiyi və sənin özünün (köləlikdən azad etməklə) ne’mət verdiyi şəxsə (Zeyd ibn
Harisəyə): "Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!" - deyir,
Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil
olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun
boşadığı övrətlə evlənir, - deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı
olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi
boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla
evlənməkdə mö’minlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən mö’minlərə heç bir
günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün
müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər!
|