Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
385
18. Məgər mö’min kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar
eyni ola bilməzlər!
19. İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları
(sakin olacaqları) Mə’va cənnətləri gözləyir. (Onlar orada Allahın əbədi qonaqları
olacaqlar).
20. Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan
çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: "Dadın yalan hesab etdiyiniz
cəhənnəm odunun əzabını!" - deyiləcəkdir.
21. Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından
daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!
22. Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən
daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!
23. Biz Musaya kitab (Tövrat) vermişdik. (Ya Rəsulum!) Sən onunla (Musa ilə)
görüşəcəyinə şübhə etmə. (Peyğəmbər əleyhissəlam me’rac gecəsi Musa ilə görüşüb
danışmışdı). Biz onu (Tövratı, yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən bir
rəhbər etmişdik.
24. (Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan
(İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər tə’yin etmişdik.
25. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin onların (mö’minlərlə kafirlərin) arasında
qiyamət günü ixtilafda olduqları (dini) məsələlər barədə hökm verəcəkdir!
26. Məgər onlar indi yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə
nəsilləri (peyğəmbərlərini yalançı saydıqlarından ötrü) məhv etdiyimizi görmürlərmi?
Həqiqətən, bunda (Məkkə müşrikləri üçün) ibrətlər vardır. Məgər (haqqa) qulaq
asmayacaqlar?
27. Məgər görmürlərmi ki, Biz quru yerə su göndərib onunla heyvanlarının və özlərinin
yedikləri əkinlər (bitkilər, meyvələr) yetişdiririk? Məgər (bütün bunları öz gözləri ilə)
görmürlər?
28. Onlar: "Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu fəth (Məkkənin
fəthi, Bədr vuruşu, yaxud qiyamət günü) nə vaxt olacaqdır? - deyə soruşarlar.
|