Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə371/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   367   368   369   370   371   372   373   374   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

382 



27. Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq 

(mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah 

yenilməz qüdrət, hikmət sahibidir!  

28. (Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (qiyamət günü) diriltmək (Allah üçün) 

ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, 

görəndir!  

29. (Ya Rəsulum!) Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını (gah 

gündüzü, gah da gecəni uzatdığını), günəşi və ayı ram (sizin mənafeyinizə tabe) 

etdiyini görmürsənmi? Onların hər biri (öz hədəqəsində, dairəsində) müəyyən 

müddətədək (qiyamət gününə qədər) dövr edər. Həqiqətən, Allah nə etdiklərinizdən 

xəbərdardır!  

30. Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət 

etdikləri isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!  

31. (Ya Rəsulum!) Sizə öz qüdrət əlamətlərindən bə’zisini göstərsin deyə, gəmilərin 

dənizdə Allahın lütfü ilə üzdüyünü görmürsənmi? Həqiqətən, bunda (əziyyətlərə) səbr, 

(Allahın ne’mətlərinə) çox şükür edən hər kəs üçün ibrətlər vardır!  

32. (Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar 

bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər. 

Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bə’ziləri (küfrlə iman 

arasında) orta mövqe tutar. (Bə’ziləri isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız 

çox xain, nankor olanlar danarlar!  

33. Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara 

gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın və’di, şübhəsiz ki, haqdır. (Qiyamət 

günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi 

Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, 

günahlarından keçəcək deyə) tovlamasın!  

34. Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) 

göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya 

sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs 

səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini 

bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!  

 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin