Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə367/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   363   364   365   366   367   368   369   370   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

377 



48. Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan 

və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu 

(yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər.  

49. Hərçənd ki üstlərinə (yağış) endirilməzdən (yağış yağmamışdan) əvvəl (ondan) 

ümidlərini üzmüşdülər.  

50. (Ya Rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı 

öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər şeyə 

qadirdir!  

51. Əgər Biz (onların əkinlərinin üstünə) bir yel əsdirsək və (o yel nəticəsində əkinlərin) 

saralıb-solduğunu görsələr, bundan sonra mütləq nankor olmağa başlayarlar.  

52. Şübhəsiz ki, sən (haqqa) çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən 

karlara eşitdirə bilərsən!  

53. Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən 

(haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar! 

(Allaha ürəkdən inanıb Ona can-başla itaət edərlər!)  

54. Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) 

sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən 

Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!  

55. Qiyamət qopacağı gün (saat) günahkarlar (qəbirlərində və dünyada) bir saatdan 

artıq qalmadıqlarına and içərlər. Onlar (axirətdə belə yalan danışdıqları kimi, dünyada 

da batilə uyub haqdan) belə döndərilirdilər (yoldan çıxardılırdılar).  

56. Elm və iman sahibləri isə belə deyərlər: "Siz (qəbirlərinizdə) Allahın Kitabında (əzəli 

elmində yazılmış) olan qiyamət gününə qədər qaldınız. Bu, (hamının dirildiyi) qiyamət 

günüdür, lakin siz (onun haqq olduğunu) bilmirdiniz!"  

57. O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri (Allah 

rizasını diləmələri) də istənilməz!  

58. Biz bu Qur’anda insanlar üçün hər çür məsəl çəkdik. (Ya Rəsulum!) Həqiqətən, sən 

onlara (Musanın yədi-beyzası, əsası kimi) hər hansı bir mö’cüzə gətirsən belə, onlar 

mütləq: "Siz (Peyğəmbər və ona iman gətirənlər) yalançısınız!" - deyəcəklər.  

59. Allah (haqqı) bilməyənlərin qəlblərini belə möhürləyər!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin