verdiyi zəfər) və’di haqdır. Qoy (axirətə) qəti inanmayanlar səni e’tinasızlığa sövq
etməsinlər. (Səni yüngül hesab edib yerindən oynatmasınlar, səbirsizliyə, səbatsızlığa
sövq edərək öz fikrindən və amalından döndərib risaləti təbliğ etməkdən daşındıra
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
379
.
31
.
Loğman
(Loğman əleyhissəlam) surəsi
(Məkkədə nazil olmuşdur, 34 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Mim!
2. Bu hikmətli Kitabın (Qur’anın) ayələridir.
3. (O Qur’an) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və
rəhmətdir.
4. O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.
5. Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət
əzabından qurtarıb savaba yetişənlər də) onlardır!
6. İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını
anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu
məsxərəyə qoymaq üçün mə’nasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini
alçaldıcı bir əzab gözləyir.
7. Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq)
varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir əzabla
(axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə ver!