Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
376
39. (Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz
malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz
sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə
isə öz mükafatlarını) qat-qat artıranlardır!
40. Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət
günü) dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə
biləni varmı? (Allah) pakdır, müqəddəsdir. (Allah müşriklərin) Ona şərik
qoşduqlarından (bütlərdən) ucadır!
41. İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda
fəsad (pozuntu) əmələ gələr (bə’zi yerlərdə quraqlıq, qıtlıq olar, bə’zilərində zərərli
yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara
etdiklərinin bir qismini (etdikləri bə’zi günahların cəzasını) daddırsın və bəlkə, onlar
(tövbə edib pis yoldan) qayıtsınlar.
42. (Ya Rəsulum! Məkkə əhlinə) de: "Yer üzünü gəzib-dolaşın və (sizdən) əvvəlkilərin
axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi.
43. (Ya Rəsulum!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməmişdən
əvvəl üzünü düzgün dinə (islama doğru) çevir. O gün insanlar (haqq-hesab çəkildikdən
sonra) bölük-bölük (iki dəstə) olarlar. (Mö’minlər Cənnətə, günahkarlar isə Cəhənnəmə
gedərlər).
44. Küfr edənin küfrü öz əleyhinə olar (qazandığı günaha görə Cəhənnəmə atılar). Yaxşı
iş görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış olarlar ki,
45. (Allah) iman gətirib saleh əməl edənlərə Öz lütfündən (Öz kərəmindən) mükafat
versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz!
46. Həqiqətən, küləkləri müjdəçi olaraq göndərməsi, sizə Öz mərhəmətindən
daddırması (yağış verməsi), əmri ilə gəmilərin üzməsi, ne’mətindən ruzi axtarmanız
Onun qüdrət əlamətlərindəndir. Bəlkə, (Allahın ne’mətlərinə) şükür edəsiniz!
47. (Ya Rəsulum!) Biz səndən əvvəl də onların tayfalarına (neçə-neçə) peyğəmbərlər
göndərmişdik. (Peyğəmbərlər) onlara açıq-aşkar mö’cüzələr gətirmişdilər. Biz
(peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq. Mö’minlərə kömək etmək
Bizə vacibdir! (Biz Öz və’dimizə əməl edərək mö’minlərə yardım etməliyik!)
|