Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
371
66. Onlara verdiyimiz ne’məti inkar etsinlər və (dünyada istədikləri kimi) kef çəkib
zövz alsınlar deyə (rüsxət verərik). Onlar (öz əməllərinin ağır nəticəsini) mütləq
biləcəklər!
67. Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb
götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları
Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi?
İndi batiləmi inanırlar? Allahın ne’mətinimi danırlar?
68. Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq (Qur’an və
peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər
üçün Cəhənnəmdə yer yoxdur? (Əlbəttə, vardır! Niyə bunu dərk etmirlər?)
69. Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt
yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə
savab işlər görüb cihad edən mö’minlərin tərəfində durar!)
Bizim email:
Dostları ilə paylaş: |