Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
367
27. Biz ona (İbrahimə) İshaqı və Yə’qubu bəxş etdik, peyğəmbərliyi və kitabı onun
nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq (yüksək
dərəcələrə layiq) salehlərdən olacaqdır!
28. (Ya Rəsulum!) Lutu da (yad et)! Bir zaman o öz qövmünə demişdi: "Doğrudanmı siz
özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc
bir işi görürsünüz?
29. Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq,
mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş
görürsünüz?" Tayfasının (Lutun sözlərinə) cavabı ancaq: "Əgər doğru
danışanlardansansa, bizə Allahın əzabını gətir!" - deməkdən ibarət oldu.
30. (Lut: ) "Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!" - dedi.
31. Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yə’qubun doğulacağı barədə)
müjdə gətirdikləri zaman: "Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar
zalımdirlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər
görməklə özləri-özlərinə zülm edirlər)", dedilər.
32. (İbrahim) dedi: "Orada (onların içində Allahın mö’min bəndəsi) Lut da var!" Onlar:
"Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas
edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!" - deyə cavab
verdilər.
33. Elçilərimiz Lutun yanına gəldikdə (Lut) onlara görə kədərləndi və ürəyi qısıldı.
(Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar qiyafəsində gəldikləri üçün o öz
tayfasının onlara pislik yetirəcəyindən qorxub mə’yus oldu). Onlar dedilər: "Qorxma və
kədərlənmə. Biz səni və ailəni xilas edəcəyik. Yalnız övrətindən başqa. O (əzab içində)
qalanlardan olacaq!
34. Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başı üstünə göydən
bir əzab endirəcəyik!"
35. Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət aslsınlar deyə) o
məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq.
36. Mədyənə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey qövmüm!
Allaha ibadət edin! Qiyamət gününə inanın! (Dünyada ibadət etməklə qiyamət gününə
ümid bəsləyib savab işlər görün. Onun əzabından qorxun!) Yer üzündə fitnə-fəsad
törətməyin!"
|