Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə355/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   351   352   353   354   355   356   357   358   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

365 



7. İman gətirib yaxşı işlər görənlərin (əvvəlki) günahlarının üstünü örtər və onlara 

(dünyada) etdikləri əməllərdən daha gözəl (on qat artıq) mükafat verərik. (Və ya: 

gördükləri ən yaxşı əməllərə görə onları mükafatlandırarıq).  

8. Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey 

insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, 

onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də 

(dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!  

9. İman gətirib yaxşı işlər görənləri salehlər zümrəsinə daxil edəcəyik! (Onlar Cənnətin 

yüksək təbəqələrində sakin olacaqlar!)  

10. Adamlar arasında elələri də vardır ki, "Biz Allaha iman gətirdik!" - deyər, Allah 

yolunda bir əziyyət gördükdə isə insanların (kafirlərin) fitnəsini Allahın əzabı kimi 

qəbul edərlər. Əgər Rəbbindən (mö’minlərə) bir zəfər gəlsə, mütləq: "Biz də sizinləyik!" 

- deyərlər. Məgər Allah məxluqatın (mələklərin, insanların və cinlərin) ürəklərində 

olanları (imanı, küfrü və nifaqı) bilmirmi?!  

11. Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandır!  

12. Kafir olanlar iman gətirənlərə dedilər: "Bizim yolumuza (dinimizə) tabe olun. 

Günahlarınızı öz boynumuza götürərik". Halbuki onların (iman gətirənlərin) heç bir 

günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar!  

13. Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha neçə-

neçə günahlarla (yoldan çıxartdıqları kimsələrin günahlarına) yüklənəcəklər. Qiyamət 

günü onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar!  

14. Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli 

əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.  

15. Biz onu (Nuhu) və onunla birlikdə gəmidə olanları (tufan bəlasından) qurtardıq və 

bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir ibrət etdik.  

16. (Ya Rəsulum!) İbrahimi də (yad et)! Bir zaman o öz tayfasına belə demişdi: "Allaha 

ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?!  

17. Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan 

uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir 

deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) 

Onun hüzuruna qaytarılacaqsınız!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin