Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
357
bir tayfadırlar!" (Musa birinci dəfə əlini qoynuna qoyub çıxartdıqda o, baxanlara bir nur
kəsilib gözlərini qamaşdırar, onları qorxuya salar, ikinci dəfə qoyub çıxartdıqda isə adi
halına düşərdi).
33. (Musa) dedi: "Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki, onlar
da məni öldürərlər.
34. Qardaşım Harunun dili mənimkindən daha bəlağətlidir. Onu da mənimlə
dediklərimi (Fir’on əhlinə izah edib) təsdiqləyəcək bir köməkçi göndər. Onların məni
yalançı hesab edəcəklərindən qorxuram!"
35. (Allah) buyurdu: "Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil
(mö’cüzə və qüdrət) verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə
bilməyəcəklər. Siz də, sizə (iman gətirib) tabe olanlar da (Fir’ona və ə’yanlarına) mütləq
qalib gələcəksiniz!"
36. Musa açıq-aşkar ayələrimizlə (Fir’on əhlinin) yanına gəldikdə onlar: "Bu (sənin
tərəfindən) uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu
barədə (sizin təbliğ etdiyiniz din, risalət haqqında) heç bir şey eşitməmişik!" - dedilər.
37. Musa dedi: "Rəbbim Öz dərgahından kimin hidayətlə (doğru yola rəhbərliklə)
gəldiyini və axirət yurdunun (gözəl aqibətinin) kimə nəsib olacağını daha yaxşı bilir.
Həqiqətən, zalımlar nicat tapmazlar! (Muradlarına yetişməzlər!)
38. Fir’on (istehza ilə) dedi: "Ey ə’yanlar! Mən sizin üçün özümdən başqa bir tanrı
olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir
qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu,
həqiqətən, yalançı sayıram!
39. (Fir’on) və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və elə güman
etdilər ki, (öləndən sonra bir də dirlib) hüzurumuza qaytarılmaycaqlar!
40. Buna görə də onu və əsgərlərini tutub dənizə atdıq. (Ya Rəsulum!) Bir gör zalımların
axırı necə oldu!
41. Biz onları (dünyada insanları) cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər
etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtarmaq üçün) heç bir kömək
edilməyəcəkdir!
42. Bu dünyada onlara lə’nət damğası vurduq (hamı onlara lə’nət oxuyar), qiyamət
günü isə onlar çirkin (iyrənc, Allahın rəhmətindən kənar edilmiş) kimsələr olacaqlar.
|