Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
333
72. (İbrahim) demişdi: "Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi?
73. Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?"
74. Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!" - deyə
cavab vermişdilər.
75. (İbrahim) demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?-
76. Sizin və ulu babalarınızın?
77. Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir.
78. Məni yaradan və məni doğru yola yönəldən Odur!
79. Məni yedirdən də, içirdən də Odur!
80. Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.
81. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur.
82. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!
83. Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı
qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!
84. Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad
etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)
85. Məni Nəim cənnətlərinin varislərindən et!
86. Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!
87. (İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil
(rüsvay) etmə!
88. O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!
89. Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan)
bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö’minlərdən) başqa!"
90. (O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.
Bizim email:
Dostları ilə paylaş: |