Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
327
73. O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi
aparmaz (əksinə, onlara cani-dildən qulaq asar);
74. Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət
eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi
müttəqilərə imam (rəhbər) et! - deyərlər.
75. Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr etdiklərinə görə
cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada
(mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar.
76. Onlar orada əbədi qalacaqlar. O, nə gözəl mənzil, nə yaxşı iqamətgahdır!
77. (Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa, Rəbbimin
yanında nə qədir-qiymətiniz olar? Siz (Qur’anı və öz Peyğəmbərinizi) təkzib etdiniz.
Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!"
Bizim email:
Dostları ilə paylaş: |