Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
309
96. Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni
əfv et!) Biz (müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri nalayiq
sözləri) daha yaxşı bilirik!
97. Və de: "Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram!
98. Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm,
ey Rəbbim!"
99. Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey
Rəbbim! Məni geri (dünyaya) qaytar!
100. Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud,
bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi
boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda)
duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək
qalacaqları bərzəx aləmi) vardır.
101. Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-
birindən soruşub hal-əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz,
qohumlar bir-birini tanımaz; hərə öz hayında olar).
102. Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar.
103. Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan
edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar.
104. Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən
ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə
durarlar.
105. (Onlara deyilər: ) "Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları
yalan hesab edirsiniz!"
106. Onlar deyərlər: "Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və
biz haqq yoldan azan bir camaat olduq!
107. Ey Rəbbimiz! Bizi oradan (cəhənnəm odundan çıxart! Əgər bir də (Sənin xoşuna
gəlməyən pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalım (özümüz özümüzə zülm etmiş) olarıq".
|