Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə298/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   294   295   296   297   298   299   300   301   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

308 



84. (Ya Rəsulum! Bu müşriklərə) de: "Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer 

üzündə olanlar (bütün məxluqat) kimindir?"  

85. Onlar mütləq: "Allahındlr!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə 

(məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) 

düşünmürsünüz?"  

86. De: "Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?"  

87. (Müşriklər) mütləq: "(Bunlar) Allahındır!" - deyə cavab verəcəklər. Onda sən də de: 

"Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?"  

88. De: "Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) 

himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?"  

89. Onlar mütləq: "(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!" - deyə cavab verəcəklər. 

Sən də de: "Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə 

inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz?  

90. Xeyr, Biz onları haqqı (haqq yol olan islam dinini) gətirdik. Onlar isə, şübhəsiz ki, 

yalançıdırlar!  

91. Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun oğlu, nə də mələklər 

Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqatlardır). 

Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda heç bir 

tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir 

qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin 

(Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!  

92. O, qeybi də, aşkarı da bilir. Allah (müşriklərin) Ona qoşduğu şəriklərdən çox ucadır!  

93. (Ya Rəsulum!) De: "Ey Rəbbim! Əgər (müşriklərə) və’d etdiyin əzabı mənə 

göstərəcəksənsə,  

94. Onda məni zalım tayfanın içində qoyma, ey Rəbbim!" ("Məni də onlarla birlikdə 

həlak etmə. Məni razı qaldığın kəslərlə bir yerdə et!")  

95. (Ya Rəsulum!) Biz onlara və’d etdiyimizi (əzabı) sənə göstərməyə, əlbəttə, qadirik!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin