Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
304
34. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız.
(Adi bir bəşərə aldanıb dünyada şan-şöhrətinizi, ad-sanınızı itirərsiniz).
35. O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirildilib)
çıxarılacağınızımı və’d edir?
36. Və’d olunduğunuz şey çox uzaqdır, çox uzaq! (Bu, qeyri-mümkündür!)
37. Bizim həyatımız yalnız bu dünyadadır. (Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz
dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz (öləndən sonra bir daha) dirildiləcək
deyilik!
38. Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!"
39. (O peyğəmbər) belə dedi: "Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı
mənə kömək et!"
40. (Allah) buyurdu: "Bir azdan peşman olacaqlar!"
41. (Bir az sonra) həqiqətən, qorxunc (tükürpədici) bir səs onları bürüdü. Biz onları (sel
üstündəki) saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv (Allahın rəhmətindən
uzaq) olsun!
42. Onlardan sonra başqa-başqa nəsillər (Saleh, Lut və Şüeyb tayfalarını) yaratdıq.
43. Heç bir ümmət öz əcəlini (ölüm, yaxud cəza vaxtını) nə qabaqlayar, nə də yubada
bilər!
44. Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz
peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib
(izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın
rəhmətindən uzaq) olsun!
45. Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və (vəhdaniyyətimizi sübut edən)
açıq-aşkar bir dəlillə göndərdik,
46. Fir’onun və onun ə’yan-əşrafının yanına. Onlar (iman gətirməyi) təkəbbürlərinə
sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar (yaxud Misirdə hakim
olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər).
|