Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
303
24. (Nuh) qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: "Bu sizin kimi
yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər
Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi, (bizə peyğəmbər olaraq insan
deyil) mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi tövhidi) ulu babalarımızdan
(keçmiş ümmətlərdən) eşitməmişik.
25. Bu adamda, sadəcə olaraq, bir dəlilik var. (Ona cin toxunmuşdur). Hələ bir müddət
gözləyin!" (Ya sağalıb xəstəlikdən xilas olar, bir də belə şeylər danışmaz; ya da ölüb
gedər, canımız qurtarar).
26. (Nuh onların bu sözlərindən və iman gətirməyəcəklərindən mə’yus olub) belə dedi:
"Ey Rəbbim! Onların məni yalançı hesab etməklərinə qarşı mənə kömək et!"
27. Biz (Nuha) belə vəhy etdik: "Gözlərimiz önündə (nəzarətimiz altında) və vəhyimiz
üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt. Nəhayət, (onları məhv etmək barəsində)
əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin
qazanından su qaynayıb daşdığı) zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir
cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla,
(qalan) ailə üzvlərini (və iman gətirənləri) gəmiyə mindir. Zülm (küfr) edənlər
barəsində Mənə müraciət etmə (onların bağışlanmasını Məndən iltimas etmə). Çünki
onlar suya qərq olacaqlar.
28. Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: "Bizi zalım tayfanın əlindən
qurtaran Allaha həmd olsun!" - de.
29. Həmçinin (gəmidən enəndə) belə de: "Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli)
bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!"
30. Şübhəsiz ki, bunda (insanlar üçün) ibrətlər vardır. Həqiqətən, Biz (bəla, müsibət
göndərməklə bəndələrimizi) imtahana çəkirik!
31. Onlardan sonra başqa bir nəsil (Ad tayfasını) yaratdıq.
32. Onlara özlərindən bir peyğəmbər (Hudu) göndərdik. (O, tayfasına dedi: ) "Allaha
ibadət edin. Sizin ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın
əzabından) qorxmursunuz?"
33. Tayfasının kafir olan, axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab
üçün Allahın hüzurunda duracaqlarını) yalan hesab edən və dünyada ne’mət
verdiyimiz ə’yan - əşrafı (tabeçiliyində olanlara) dedi: "Bu sizin kimi ancaq adi bir
insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür peyğəmbər ola bilər?)
|