Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
297
43. İbrahim tayfası da, Lut qövmü də,
44. Mədyən əhli də (peyğəmbərlərini təkzib etmişdi). Musa da (Fir’onun özü və camaatı
tərəfindən) yalançı sayılmışdı. Kafirlərə (bir qədər) möhlət verdim, sonra onları (əzabla)
yaxaladım. (Bir görəydin, küfr etdiklərinə, peyğəmbərləri yalançı sayıb inkar
etdiklərinə görə) Mənim onları inkar etməyim necə oldu! (Onlara verdiyim ne’məti
müsibətlə əvəz etdim!)
45. Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu
(evlərin tavanları çökmüş, divarları onların üstünə yıxılmışdı). Neçə-neçə quyular,
neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı.
46. Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib
dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən,
gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş
ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb
onlardan heç bir ibrət almazlar).
47. (Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz və’dinə
əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız
vaxtın) min ili kimidir!
48. Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri (kafir olduqları) halda
möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir! (Onlar,
nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi əzaba düçar
olacaqlar).
49. De: "Ey insanlar! Mən sizi yalnız açıq-aşkar bir qorxudanam (Allahın əzabı ilə açıq-
aşkar qorxudan, xəbərdar edən bir peyğəmbərəm)!
50. İman gətirib yaxşı işlər görənləri (günahlardan) bağışlanma və tükənməz
(minnətsiz) ruzi gözləyir!
51. Ayələrimizdən (Qur’anı batil etməkdən) ötrü sə’y göstərib (Peyğəmbəri) aciz etmək
istəyənlərə (yaxud Peyğəmbəri məğlub etməklə xalqı imandan döndərməyə cəhd
edənlərə) gəldikdə isə, məhz onlar cəhənnəmlikdirlər!
52. (Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi
olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir
şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın!
(Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə
|