Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə285/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   281   282   283   284   285   286   287   288   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

295 



26. (Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kə’bənin yerini bildirib belə 

buyurmuşduq: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, 

rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!"  

27. İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq 

yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər.  

28. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə’lum günlərdə Allahın onlara ruzi 

verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını 

çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da 

yedirdin!  

29. Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə 

yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından 

salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə’bəni) təvaf 

etsinlər!  

30. (Ey insanlar! Həccin sizə vacib olan əməli) budur. Və hər kəs (ihramda ikən) Allahın 

haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. 

(Haram olduğu "Maidə" surəsində) sizə deyilənlərdən başqa, qalan heyvanlar (onların 

ətini yemək) sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar (başdan-ayağa 

murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) 

çəkinin -  

31. Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız 

halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sür’ətlə alıb apardığı, 

yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər.  

32. (Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc 

əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, 

qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır).  

33. Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır. 

(Kəsilənə qədər onları minər, südünü içər, yunundan istifadə edərsiniz). Sonra onların 

gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kə’bə) istiqamətindədir. (Yaxud həcc 

əməllərini yerinə yetirməkdə sizin üçün qiyamətə qədər mənfəət vardır. Həcc günləri 

Kə’bəyə toplanar, bütün müsəlmanlara lazım olan dini və dünyəvi məsələlər barəsində 

məsləhət-məşvərət edərsiniz).  

34. Biz hər bir ümmət üçün qurbangah (yaxud mə’bəd) müəyyən etdik (və ya hər bir 

ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin