Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə288/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   284   285   286   287   288   289   290   291   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

298 



barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsini batil (yox) edər. 

Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

53. (Allah ona görə belə edir ki) Şeytanın vəsvəsəsini qəlblərində mərəz (nifaq, şəkk 

mərəzi) və ürəkləri qatı (sərt) olanlar (müşriklər) üçün bır sınaq vasitəsi etsin. Şübhəsiz 

ki, zalımlar (münafiqlər, müşriklər və kafirlər) haqqdan uzaq bir nifaq içindədirlər 

(ixtilafdadırlar).  

54. Və elm verilən kəslər də bilsinlər ki, haqq (Qur’an) sənin Rəbbindəndir. Artıq ona 

inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru 

yola yönəldər!  

55. Kafir olanlar isə qiyamət günü qəflətən başlarının üstünü alanadək, yaxud heç bir 

xeyri olmayan (səmərəsiz) bir günün (onların kökünü kəsəcək Bədr vuruşunun) əzabı 

onlara gəlib yetişənədək (Qur’an barəsində) şəkk-şübhədə olmaqda davam edəcəklər.  

56. O gün (qiyamt günü) hökm yalnız Allahındır. (Allah) onların (müşriklərin və 

mö’minlərin) arasında hökm edəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim 

cənnətlərində olacaqlar!  

57. Kafir olanlar, ayələrimizi yalan hesab edənlər isə rüsvayedici bir əzaba düçar 

olacaqlar!  

58. Allah yolunda hicrət edənlərə, sonra (bu yolda) öldürülənlərə, yaxud ölənlərə Allah, 

həqiqətən, gözəl ruzi (cənnət ruzisi) verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən 

yaxşısıdır!  

59. (Allah) onları razı qalacaqları (xoşhal olacaqları) bir yerə (Cənnətə) daxil edəcəkdir. 

Həqiqətən, Allah (hər şeyi) biləndir, (bəndələrinə qarşı) həlimdir!  

60. (Allahın hökmü) budur. Və hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə 

də (müşriklərin müsəlmanları Məkkədən qovduqları kimi) təcavüzə mə’ruz qalsa, 

şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah (özünümüdafiə məqsədilə 

düşməndən intiqam alan mö’min bəndəsini) əfv edəndir, bağışlayandır!  

61. Bu belədir. (Allah zalıma qarşı, zalımın zülmündən xilas olmaq üçün məzluma 

kömək edər, çünki O, hər şeyə qadirdir). Necə ki, Allah gecəni gündüzə, güzdüzü də 

gecəyə qatar. (Allah bəndələrinin mənafeyi naminə bə’zən insanlar daha çox ruzi 

qazana bilsinlər deyə, gündüzü qısaldıb gecəni uzadar). Allah (hər şeyi) eşidəndir, 

görəndir!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin