Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
293
həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar
ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer
üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib
qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.
6. Bu (insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi) ona
görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!
7. Bu (həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət
günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları
dirildəcəkdir!
8. İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu
göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü
açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər.
9. O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq
məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona
cəhənnəm odunun əzabını daddıracağıq!
10. (O zaman ona belə deyiləcək:) "Bu, (dünyada) öz əllərinlə etdiyin günahların
cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!"
11. İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa,
(dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla
(müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi
dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!
12. O, Allahı buraxıb özünə nə zərər, nə də xeyir verən bütlərə tapınar. Haqq yoldan
azıb uzaq düşmək də budur!
13. Özü də zərəri xeyirindən daha çox (Cəhənnəmə daha yaxın) olana ibadət edər. O
(büt) nə pis köməkçi, necə də pis yoldaşdır!
14. Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan
cənnətlərə daxil edər. Allah istədiyini edər.
15. Hər kim Allahın dünyada və axirətdə ona (Öz Peyğəmbərinə) kömək
göstərməyəcəyini zənn edirsə, qoy göyə (evinin tavanına) bir ip uzatsın, sonra da (ipi
boğazına salıb) kəssin (özünü ondan assın) və görsün ki, onun bu hiyləsi qəzəbinə
səbəb olan şeyi (Allahın peyğəmbərə göstərəcəyi yardımı) aradan qaldıra bilərmi?
|