Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə280/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   276   277   278   279   280   281   282   283   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

290 



93. Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar. 

Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. (Biz də müvafiq surətdə əməllərinin 

əvəzini verəcəyik).  

94. Hər kim mö’min ikən yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır (mükafatı 

tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun üçün (gördüyü işləri mələklər vasitəsilə 

əməl dəftərinə) yazırıq.  

95. Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (qiyamət qopana qədər tövbə etmək 

üçün bir də dünyaya, yaxud haqq dinə) qayıtması mümkün deyildir (haramdır).  

96. Nəhayət, Yə’cuc-Mə’cüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və 

yüksək təpələrdən) sür’ətlə (məhşərə) axışdıqları zaman;  

97. Doğru və’d (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal 

bərəlib: "Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq 

(peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!" - deyərlər.  

98. (Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm 

yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız!  

99. Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar.  

100. Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz) eşitməzlər.  

101. (Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl ne’mət (Cənnət, əbədi 

səadət) yazılmış kəslər - məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar.  

102. Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin 

istədiyi (ne’mətlər) içində əbədi qalacaqlar.  

103. Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin 

Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: "Bu sizə və’d 

olunmuş gününüzdür!" - deyəcəklər.  

104. Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza 

salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki 

halına salarıq. Biz yerinə yetirməli olduğumuz və’di mütləq yerinə yetirəcəyik. (Biz 

qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi və’d 

etmişdik. Biz onu mütləq edəcəyik).  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin