Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə277/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   273   274   275   276   277   278   279   280   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

287 



61. (Qalanları: ) "Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın gözü 

qabağına gətirin!" - dedilər.  

62. (Müşriklər İbrahimi tapıb gətirərək:) "Ya İbrahim! Tanrılarımızı sənmi bu günə 

saldın?" - deyə soruşdular.  

63. (İbrahim sındırmadığı iri bütü göstərib:) "Bəlkə, onların bu böyüyü bunu etmişdir. 

Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi.  

64. Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: "Siz, 

doğrudan da, zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan 

bütlərə tapınmaqla özünüz özünüzə zülm edirsiniz)", - dedilər.  

65. Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan 

əski e’tiqada) qayıdaraq (İbrahimə): "Axı sən bilirsən ki, bunlar danışmırlar!" - dedilər.  

66. (İbrahim) dedi: "Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən 

bütlərəmi ibadət edirsiniz?  

67. Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin 

qəbahətini) anlamırsınız?"  

68. (Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: "Əgər (tapındıqlarınıza 

yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) 

yandırın və tanrılarınıza kömək edin!"  

69. Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər 

yetirməsin!)" - deyə buyurduq.  

70. Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə 

düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) 

daha çox ziyana uğratdıq.  

71. Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da (Nəmrud tayfasının əlindən 

qurtarıb) aləmlər üçün mübarək etdiyimiz (torpağında bəşər övladına bərəkətlər 

verdiyimiz) yerə (Şama) qovuşdurduq.  

72. Biz ona (İbrahimə) İshaqı, üstəlik Yə’qubu da bəxş edib onların hamısını saleh 

kimsələr etdik.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin