Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə279/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   275   276   277   278   279   280   281   282   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

289 



84. Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və 

ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və 

(Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını 

qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik.  

85. (Ya Rəsulum!) İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbr edən 

kimsələrdən idi.  

86. Biz onları mərhəmətimizə qovuşduqduq (peyğəmbər etdik). Onlar, doğrudan da, 

saleh bəndələrdən idilər.  

87. Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış 

ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə 

görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona 

yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; 

gecənin, yaxud dənizin zülmətində): "(Pərvərdigara!) Səndən başqa heç bir tanrı 

yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə 

qarşı çıxaraq özümə zülm eləmişəm)",-deyib dua etmişdi.  

88. Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu 

qəmdən qurtardıq. Biz mö’minlərə belə nicat veririk!  

89. (Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: "Ey Rəbbim! Məni tək (kimsəsiz, 

varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən 

qalarsan!)" - deyə yalvarıb Rəbbinə dua etmişdi.  

90. Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini 

(doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər 

etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib 

əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müt’i idilər.  

91. (Ya Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et)! Biz Öz 

ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və 

oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir 

mö’cüzə etdik.  

92. (Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin 

dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin