Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə471/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   467   468   469   470   471   472   473   474   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

485 



6. İnsanlar məhşərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə) 

düşmən olacaq və onların ibadətini inkar edəcəklər.  

7. Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz onlara 

söylənildikdə) kafirlər özlərinə gələn (Qur’an) barəsində: "Bu, aşkar bir sehrdir!" - 

deyirlər.  

8. Yoxsa onlar: "(Muhəmməd) onu (özündən) uydurmuşdur!" - deyirlər. (Ya 

Peyğəmbər!) De: "Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan 

(Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur’an) barəsindəki dedi-qodularınızı 

daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, 

bağışlayandır, rəhm edəndir!"  

9. De: "Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə 

edəcəyini bilmirəm (başqa peyğəmbərlər kimi şəhid olacağımı, ölkəmdən 

qovulacağımı, yaxud küfrə davam etdiyiniz təqdirdə sizə nə cəza veriləcəyini, hansı 

fəlakətlərə uğrayacağınızı deyə bilmərəm, çünki qeybi ancaq Allah bilir). Mən yalnız 

mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan 

bir peyğəmbərəm!"  

10. De: "Bir deyin görək, əgər (bu Qur’an) Allah dərgahından olsa, siz onu inkar etsəniz, 

İsrail oğullarından da bir şahid (Qur’anın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə 

şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım 

olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!"  

11. Kafir olanlar iman gətirənlər barəsində deyirlər: "Əgər (Qur’an, islam dini) yaxşı bir 

şey olsaydı, (mö’minlər) bu işdə bizdən qabağa düşə bilməzdilər (biz onlardan daha 

əvvəl) iman gətirərdik. Onlar (Qur’anla) doğru yola gəlmədikləri üçün: "Bu, köhnə 

yalandır!" - deyəcəklər.  

12. Ondan (Qur’andan) əvvəl Musanın (İsrail oğullarına, mö’minlərə) rəhbər və 

mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Qur’an özündən əvvəlki ilahi kitabları) ərəb 

dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə 

(Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır!  

13. Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyənlərin, sonra da (sözünün üstündə) möhkəm 

duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də 

görməyəcəklər!  

14. Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq 

orada əbədi qalacaqlar!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   467   468   469   470   471   472   473   474   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin