Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
493
37. Əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla
tələb etsə, siz xəsislik göstərərsiniz və O da (sizin islam dininə olan) kin-küdurətinizi
(yaxud malınızı xərcləmək istəməmənizi) zahirə çıxardar.
38. Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə
çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik
etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah
zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər
(Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-
dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!
Bizim email:
Dostları ilə paylaş: |